Tanınmış teleaparıcı İradə İsak bir müddət fasilədən sonra yenidən efirə qayıdır.
Oxu.Az-ın Bakipost.az-a istinadən verdiyi məlumata görə, xanım aparıcı yeni layihəsi ilə “Lider” TV-də tamaşaçı qarşısına çıxacaq.

"Tor” adlı layihə hər həftənin cümə günü efirdə olacaq.
Faktı “Lider” TV-dən də təsdiqləyiblər. Bildiriblər ki, ilk veriliş yanvar ayının 27-si yayımlanacaq.
Qeyd edək ki, İradə İsak ANS-də yayımlanan “Deməsək olmaz” verilişinin aparıcısı idi. ANS televiziyasının fəaliyyətinə xitam verildikdən sonra jurnalist heç bir yerdə çalışmırdı.
A.M.