Bakıda kafelərdən birində dava düşüb.
Oxu.Az-ın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 14 ünvanında yerləşən kafedə qeydə alınıb.
Burada naməlum şəxs Balakən rayon sakinləri - 1994-cü il təvəllüdlü Rüstəm Qantıyev və Yaqub Mağlıyevin qol və ayaq nahiyələrinə bıçaqla xəsarət yetirib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
N.О.