“2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkında 4 yeni müəssisə işə düşəcək”.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında nazir Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, bunlar yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqro-kimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan”, 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferroərintilər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” şirkətləridir.
Ş.Mustafayev əlavə edib ki, bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.
U.A.
www.oxu.az