Tanınmış futbolçu Arda Turan Azərbaycan xalqına başsağlığı verib.
Oxu.Az xəbər verir ki, Türkiyə milli komandasının və İspaniyanin “Atletiko Madrid” klubunun futbolçusu öz “Twitter” hesabından həm türkcə, həm də ingilis dilində dünən Bakıda baş verən yanğında həlak olan azərbaycanlılara rəhmət diləyərək başsağlığı verib.
“Başın sağ olsun, Azərbaycan. Başımız sağ olsun... Azerbaijan. Big tragedy. My deepest condolences to all. #Bakufire” - o mesaj yazıb.

E.Ə.
www.oxu.az