Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Arıqlama vasitələri nəyə səbəb olur? - Çəki azalır, ölüm riski artır
Bir müddət əvvəl Rusiyada 17 yaşlı qız arıqlamaq məqsədilə istifadə etdiyi dərmandan insult keçirərək həyatını itirib.
Bu, yalnız bir ailənin faciəsi deyil. Son zamanlar arıqlama dərmanlarına artan marağı da nəzərə alsaq, cəmiyyət üçün ciddi siqnaldır.
Daha incə bədənə sahib olmaq istəyənlərin əksəriyyəti pəhriz və idmanı deyil, məhz arıqlama dərmanlarını seçir.
Diyetoloq Leyla Zülfüqarlı qeyd edib ki, arıqlamaq üçün istifadə edilən və tərkibində sibutramin maddəsi olan dərmanlar ölüm riski yaradır.
"Bu dərmanlar toxluq hissinə səbəb olur. İnsanda iştahasızlıq yarandığı üçün qida qəbul etmək istəmir. Daha sonra orqanizmin özünümüdafiə funksiyası azalır, immunitet aşağı düşür və orqanlar sistemində dəyişikliklər müşahidə edilməyə başlayır", - deyə o əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:

"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Gündə neçə dəqiqə gəzmək oturaq həyat tərzinin zərərlərini azalda bilər?
- Ağciyər xərçənginin gizli əlaməti - Barmaq uclarına diqqət yetirin
- Süd məhsulları diabetə qarşı - Yeni araşdırmanın maraqlı nəticələri
- Bir banka qazlı içki ömrü 12 dəqiqə QISALDIR
- Niyə kariyes tez-tez təkrarlanır? – Ekspertdən cavab