“ASAN xidmət” mərkəzində yeni xidmət növü fəaliyyət göstərəcək.
Oxu.Az-ın mərkəzin Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, indi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində mərkəzləşdirilmiş bilet satışı köşkü vasitəsilə respublikada təşkil olunan mədəniyyət tədbirlərinin afişası ilə yaxından tanış olmaq və biletləri almaq mümkün olacaq.
Qeyd edək ki, 2012-ci ilin dekabrın 29-da Bakıda fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və 1 saylı Bakı ASAN xidmət mərkəzinin xidmətləri vətəndaşlar tərəfindən elə ilk gündən maraqla qarşılanıb.
Mərkəzin böyük özəlliyi bu xidmətlərin məmurlara heç bir rüşvət ödənilmədən həyata keçirilməsidir.
Sumqayıt ASAN xidmətində ilk dəfə əlillər üçün xüsusi lift quraşdırılıb. Gözdən əlil insanlar üçün bu liftdə müvafiq şərit yaradılıb.