Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Astarada 8 aylıq körpə uşaq manejdən yıxılaraq ölüb
Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Nənəsinin sözlərinə görə, 8 aylıq körpə evdə manejdən yıxılıb və xəsarət alıb.
Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Astarada 8 aylıq körpə uşaq manejdən yıxılaraq ölüb

Ən çox oxunanlar