Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ata övladına lazım olan peyvəndləri niyə sosial şəbəkələrdə axtarır?
Övladını əməliyyat etdirmək istəyən ata lazım olan peyvəndləri tapa bilmədiyini iddia edir.
Abdullah Abdullayev bildirib ki, övladı 7 yaşlı Cərullah Abdullayev uzun müddətdir ki, qan parçalanması xəstəliyindən əziyyət çəkir. Uşağın vəziyyəti pisləşdiyinə görə əməliyyat olunmalıdır. Ata iddia edir ki, övladı üçün əməliyyat öncəsi lazım olan peyvəndləri tapmaqda çətinliklə üzləşib.
A.Abdullayevin sözlərinə görə, o, yalnız peyvəndlərdən birini pulsuz ala bilib. Digər peyvəndlərin pulunu isə çətinliklə toplayıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ölkəmizdə peyvəndləmə Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir və uşaqlar arasında immunoprofilaktika müvafiq olaraq "Profilaktik peyvəndlər təqvimi"nə əsasən aparılır.
TƏBİB tabeli tibb müəssisələrində peyvəndlər mövcuddur və bu peyvəndlər ödənişsiz əsaslarla tətbiq edilir.
Ətraflı süjetdə:

"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Məhkəmə plastik cərrahiyyə ilə bağlı sertifikat verən şöbə müdirləri barəsində qərar qəbul edib
- Xəstəlik vərəqi ilə bağlı YENİLİK
- Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
- Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"
- Nazirliyin siyahısına düşə bilməyən plastik cərrahları nə gözləyir? - Cinayət MƏSULİYYƏTİ VAR