Gənclər və idman naziri Azad Rəhimov gələn il ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq barədə məlumat verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, o bildirib ki, Əməliyyat Komitəsinin işləri qaydasında gedir və heç bir gecikmə olmayacaq:
“Burada 500-dək Azərbaycan gənci, 60 nəfər xarici vətəndaş çalışır. Əsas məsələlər nəqliyyat işini həll etmək, idman qurğularının ətrafında hasarların tikilməsi, strukturun yaradılmasıdır. Açılış və bağlanış mərasimi də bu sıradadı. Heç bir gecikmə yoxdu və vaxtında açılış mərasiminə hazır olacağıq”.
Nazir bildirib ki, İslamiadada 4000-ə yaxın idmançı iştirak edəcək: “Onlarla birgə 2000 texniki işçi də gələcək. Atletlər kəndində 6000-ə yaxın insan qalacaq. Ardınca bu binalar sahibkarlara qaytarılacaq və satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün 100 milyon dollara yaxın məbləğ nəzərdə tutulub. Onun 60 milyonu bu il üçün idi. Məbləğin əsas hissəsi açılış və bağlanışa gedir”.
E.Ə.
www.oxu.az