Avropada geyimlərin dizayn əsasında hazırlanıb satılması ilə məşğul olan Babele Fashion saytında qadınlar üçün çimərlik geyimlərinin növbəti kolleksiyası yerləşdirilib.
Oxu.Az xəbər verir ki, saytın çimərlik geyimləri hissəsində açılmış “Olimpiya oyunları çimərlikləri” adı bölümdə müxtəlif ölkələrin bayraqlarından hazırlanmış qadın çimərlik geyimləri yer alıb.
Burada dünyanın demək olar ki, bütün ölkələrinin bayraqları, o cümlədən də Azərbaycanın bayrağından hazırlanmış qadın çimərlik geyimi var.
Azərbaycanın bayrağından hazırlanmış çimərlik geyiminin qarşısında bu sözlər yazılıb:
“Babele-dən bu seksual çimərlik geyimi ilə Azərbaycanla fəxr etdiyinizi və öz ehtiraslı bədəninizi nümayiş etdirin! Paltar bir neçə qatdan hazırlanıb”.
Paltarın qarşısında qiymət kimi 200 dollar göstərilib. Həmin fotoşəkilləri təqdim edirik.