Azərbaycanda keçirilən prezident seçkiləri Dağlıq Qarabağ ətrafında gedən danışıqlar prosesinə müəyyən dərəcədə təsir edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.
O bildirib ki, qarşı tərəf seçkiləri səbəb gətirərək danışıqlar prosesində müəyyən fasilə yaradıb:
“Amma biz seçkilərdən sonra bu prosesin fəallaşmasını arzu edirik və gözləyirik. Burada, ilk növbədə həmsədir ölkələrin tərəflərə təklif edəcəyi yol və yaxud razılaşdırılmış bəzi detalların gündəmə gətirilməsi və yenidən müzakirələrin başlanması dəqiqləşməlidir.
Xüsusilə də burada dövlət başçılarının görüşündən söhbət gedə bilər. Çünki kifayyət qədər hazırlıq görüşləri keçirilib. Bu istiqamətdə həmsədr ölkələrin işğalçı dövlətin rəhbərinin daha konstruktiv mövqe tutmasına nə qədər maraqlı olub-olmaması yaxın aylarda görəcəyik. Əfsuslar olsun ki, həmsədir ölkələr kifayyət qədər fəal deyillər. Beynəlxalq hüquqda olan məslələri qoyub, işğalçı dövlətin hər hansı kaprizləri ilə oynayırlar. Bu, prosesin geçikməsinə və fasilənin daha da uzanmasına səbəb olur”.