Bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri ilə birgə “ASAN cavab” layihəsi “AvtoFM”-də start götürür.
Oxu.Az xəbər verir ki, indi dinləyicilər “ASAN xidmət” mərkəzlərinin müvafiq xidmətlər üzrə müraciətlərinə canlı efirdə cavab tapa biləcəklər.
Həftənin 2-ci və 4-cü günləri, saat 18.00-da başlayacaq “ASAN cavab” verilişində Dj Aydın və “ASAN xidmət”-in əməkdaşları 2 saat ərzində dinləyicilərin suallarını cavablandıracaqlar.
Dinləyicilər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurum – “ASAN xidmət”-ə indi daha yaxın olacaqlar.
Dinləyicilər *1077-yə zəng etməklə və 1077-yə sms yazmaqla “AvtoFM”-də onları narahat edən məsələlərə “ASAN cavab”-da cavab tapacaqlar.