“Aydın Xırdalanlı dünyasını dəyişəndə hamı təəssüflənirdi ki, sənətkarı itirdik. Amma mən onun axirətini fikirləşirdim”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində axund Azər Sani deyib.
Mərhum meyxanaçı Aydın Xırdalanlı ilə uşaqlıqdan birlikdə olduqlarını deyən axund ona ustadlıq etdiyi vaxtlardan danışıb:
“Ona Quranı, ədəbiyyatın incəliklərini mən öyrətmişəm. Camaat Aydın Xırdalanlını sadəcə Aydın kimi tanıyanda mən onu güclü sənətkar bilirdim. Mənim onda gördüyüm istedadı heç kəs görmürdü. İstedadını üzə çıxarandan sonra hamı onu sənatkar biləndə, mən ona bəndə gözü ilə baxırdım ki, bəndəlikdən uzaqlaşmasın”.
A.Sani orucluqla bağlı sualları cavablandırarkən deyib ki, bizim cəmiyyətdə Ramazan ayının ab-havası hiss olunmur.
“Məcburuq ki, onu öz ruhumuzda axtaraq. Bayırdakı ab-hava ilə heç nə bilinmir”, - o söyləyib.
Ətraflı süjetdə:
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
Rəylər