Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.
Bu barədə Simonyan cümə axşamı Ermənistanın İctimai Televiziyasının efirində deyib:
“Biz növbəti görüşlə bağlı razılığa gəldik. İlkin razılıq var ki, növbəti görüş mayın ortalarında baş tutacaq”, - o bildirib.
Simonyanın sözlərinə görə, görüş Parlamentlərarası İttifaq çərçivəsində baş tuta bilər.
“Parlamentlərarası İttifaqın platforması həm bizim, həm də Azərbaycan tərəfi üçün arzuolunandır, onlar müdaxilə etmirlər və sadəcə məkan verirlər”, - Simonyan qeyd edib.
Xatırladaq ki, Qafarova və Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər.
Mənbə: İnterfaks