Rəssam Aydan Salahova görünüşü ilə sosial şəbəkə izləyicilərini təəccübləndirib. O, başını keçəl qırxdırıb və yeni fotoşəkillərini sosial şəbəkədə paylaşıb.
Oxu.Az xəbər verir ki, atası - Xalq rəssamı Tahir Salahovun sənət yolunu davam etdirən A.Salahova uzun illərdir Moskvada yaşayır.
1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini (“Aydan”) açıb. Onun əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır.
Aytən Sadıqzadə
www.oxu.az