Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azad Məcidov TƏQAÜDƏ GÖNDƏRİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsinin 65 yaşlı hakimi Azad Məcidov təqaüdə göndərilib.
Oxu.Az E-huquq.az-a istinadən xəbər verir ki, tanınmış hakim bu gün son hökmünü oxuyub.
Belə ki, o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən 3 nəfərə - Elnur Əzimov, Miskin Hümbətov və Anar Əliyevə 15 ilədək həbs cəzası təyin edib.
Bu məhkəmə iclasından sonra A.Məcidovun hakimlik fəaliyyəti başa çatıb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ
- Bakıda gizli eşq faciə ilə bitdi: 56 yaşlı kişi 22 yaşlı sevgilisini boğub öldürdü - DETALLAR
- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi
- Nizami Alışanın məhkəməsində əlavə şahidlər dindiriləcək
- Bakıda eyni torpağı onlarla şəxsə satan maklerlərdən biri: "Pulu almağı mənə həvalə etmişdilər"