Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan bir ölkədən xırdabuynuzlu heyvanların idxalına məhdudiyyət qoydu
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiyada xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınması səbəbi ilə onların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumatda bildirilir ki, AQTA başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Belə ki, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA quş qripinə görə Dövlət Gömrük Komitəsinə müraciət etdi
- Bakıda ayı əti SATILIR - İDDİA
- AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Çin və Rusiyadan idxal edilmiş kürünün "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb