"Azərbaycan - İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O qeyd edib ki, son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir:
"Bu yaxınlarda İranla sərhəddə "Ağbənd" keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq".
Qaynar xətt:
(055) 224 12 12