Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan məhkəmələri xaricdəki mülkləri müsadirə edə biləcək
Xarici ölkədə yerləşən əmlakın müsadirə olunması proseduru müəyyən edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinə əlavə təklif olunur.
Layihədə yazılır ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.
Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir.
Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tələb olunan zəruri tədbirləri görməlidir.
Qanun layihəsi qəbul olunacağı təqdirdə 2020-ci il iyulun 1-də qüvvəyə minəcək.
Aqşin Kərimov
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Yeddi uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salındı - SƏBƏB
- 31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
- Aralarında vəzifəli şəxslərin olduğu dəstənin qaçaqmalçılıqla bağlı cinayət işi məhkəməyə göndərildi
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Dövlət xidmətinin üç vəzifəli şəxsi işdən çıxarıldı
Rəylər