Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında problemlər ortaya çıxıb.
Oxu.Az-ın məlumatına görə, Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz verilişində fasilə yaranıb.
“Azəriqaz” İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları sözügedən ərazilərə ezam olunsalar da, hələ qaz problemi həll olunmayıb.
Qurum bir müddət öncə “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə, 13-15 dekabr tarixlərində qaz təchizatında fasilə yaranacağını açıqlayıb.
Qeyd edək ki, qaz problemi təkcə bununla bitmir. Respublikanın bir çox kənd ərazilərində ümumiyyətlə qaz xətti olmadığından sakinlər qiyməti “əl yandıran” odun alıb isinməyə çalışırlar.