Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-nin yaydığı məlumatda bildirilir.
“Xəbər verildiyi kimi, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.
A.M.
Rəylər