Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda axund vəzifəsi ləğv olundu
"İstəyirik ki, bu İslam Həmrəyliyi İli çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin".
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib.
QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir.
Toplantıda QMİ sədrinin bu təklifi səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub.
Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.
E.Ə.
www.oxu.az
"Allahşükür Paşazadə" teqi üzrə xəbərlər
- Matəm günü ölkənin bütün məscidlərində faciə qurbanları anılacaqlar
- Şeyxülislam vahid geyimə riayət etməyən din xadimlərini tənqid etdi
- Allahşükür Paşazadə: "Din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir"
- Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
- Allahşükür Paşazadəyə məxsus olduğu deyilən klinika qeyri-leqal fəaliyyətlə məşğul olub?