Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda bələdiyyələrin bir səlahiyyəti ləğv edilir
Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən ediləcək.
Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək
- Sahib Məmmədov: "Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişiklik praktikada problem yaradır"
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- Ramid Namazov: "Avropa İttifaqının missiyası sülhə mane olur"
- Komitə sədri: "Pensiya yaşının azaldılması gündəmdə deyil"