Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəkidə keçmiş məhkum 26 kiloqram narkotiklə ƏLƏ KEÇDİ
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 51 yaşlı Habil Quluyev saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin və 100 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələri sifariş əsasında deyiləcək ünvana çatdırmalı imiş.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Quluyev barəsində həbs qətimkan tədbiri seçilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Suraxanıda qadına qarşı soyğunçuluq edən şəxs SAXLANILDI
- Sumqayıtda mənzillərin su sayğaclarına qənim kəsilən şəxslər SAXLANILDILAR
- Bakıda 65 yaşlı qadını aldadıb 80 min manatını ələ keçirdilər
- Son bir gündə vətəndaşların bank kartlarından 21 394 manat oğurlanıb