Azərbaycanda bağlanan nikahların sayı artıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 62 min nikah və 8,7 min boşanma halı qeydə alınıb.
Əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilə nisbətən nikahların sayı 8,1-dən 8,9-a qədər artıb. Boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalaraq dəyişməyib.
Birinci nikaha daxil olanların orta yaş həddi oğlanlar arasında 27,6, qızlar arasında isə 23,7 yaş təşkil edir.
Cari ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2048 nəfər gələn və 173 nəfər ölkədən gedən qeydə alınıb.