Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Hadisənin DETALLARI
3 il əvvəl fəalliyyətini dayandıran bağça 4-cü dəfədir ki, yanır.
Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirin Puşkin küçəsində yerləşən, hazırda istifadəsiz olan 8 saylı körpələr evi və uşaq bağçasında ötən gün yanğın hadisəsi qeydə alınıb.
Qəfildən alovlanan binanın birinci mərtəbəsində başlayan yanğını söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Yanğınsöndürmə briqadası bağçanın ərazisində başlayan yanğını lokallaşdıraraq onun ətraf ərazilərə yayılmasına imkan verməyib. Sakinlər iddia edirlər ki, sözügedən təhsil müəssəsində yanğınlar qəsdən törədilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, Mingəçevirdə yerləşən 8 saylı körpələr evi uşaq bağçasında qeydə alınan yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar