Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ
Daxili İşlər Nazirliyi (DIN) Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxışın məhdudlaşdırılmasına aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Qaraçılar məhəlləsi”nə giriş-çıxış bir neçə gündür məhdudlaşdırılıb:
“Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri həmin məhəllənin sakinləridir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları çıxana kimi məhəlləyə giriş-çıxış məhdudiyyəti davam edəcək”.
Qeyd edək ki, Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə yaşayan sakinlər xüsusi karantin rejimi qaydalarını pozaraq, məhəllədən çıxmaq üçün etiraz aksiyası keçirməyə cəhd göstərib.
İlhamə Əbülfət
"DİN" teqi üzrə xəbərlər
- Polis ƏMƏLİYYAT KEÇİRDİ: SAXLANILANLAR VAR
- Sumqayıtda qadına kömək adı ilə soyğunçuluq edildi
- Yusif Səfərov küçəsində QƏZA: Sıxlıq yarandı
- Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıblar
- Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ
Rəylər