Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.
Oxu.Az-ın məlumatına görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.
ATU-dan saytımıza məlumatı təsdiqləyiblər.
Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:
“Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”.
İlhamə Əbülfət
Rəylər