Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda “donuz qripi” yoxdur - RƏSMİ
Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur.
Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrdə “donuz qripi”nin yayıldığı elan olunur:
“Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur. Əgər virusa yoluxma epidemik həddi keçərsə, ölkədə vaksinasiya aparılar. Birmənalı olaraq ölkə ərazisində “donuz qripi” virusu yoxdur və yoluxma müşahidə edilməyib. Qrip virusu var və bu, müxtəlif dövrlərdə olub və olacaq”.
O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə üç klinikada xüsusi palatalar ayrılıb.
İlhamə Əbülfət
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Hansı virusa yoluxduğumuzu necə ayırd edək?
- Azərbaycanda qrip əleyhinə əlavə vaksinə ehtiyac var? - Səhiyyə Nazirliyi AÇIQLADI
- Dil üzərində ağ və ya sarı təbəqə, ağızdan gələn qoxu - Əlamətlər nədən xəbər verir?
- Yeni yayılan virusla bağlı Azərbaycan Səhiyyə Nazirliyindən AÇIQLAMA
- Uşaqları hədəf alan VİRUS YAYILIB: Necə qorunmalıyıq?
Rəylər