Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a daxil olan məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.
Bölgələrdə sabah əsasən hava şəraiti yağmursuz olacaq. Gecə duman olacağı gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 0-5 şaxta, gündüz isə 5-10 dərəcə isti olacağı gözlənilir.
Martın 06-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Martın 07-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
E.Ə.
www.oxu.az