Bakıda ər arvadını bıçaqlayıb.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, ailədaxili münaqişə zəminində həyat yoldaşını bıçaqlayan şəxs hadisənin təfərrüatları barədə danışıb.
Biləcəri qəsəbəsi yeni yaşayış massivində yaşayan 1979-cu il təvəllüdlü Məmmədov Azər Hümmət oğlu həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Alimə Yolçu qızına çoxsaylı bıçaq zərbəsi endirdiyini söyləyib.
Azər Məmmədov deyib ki, aralarında mübahisə yaranıb, həyat yoldaşı təhqiramiz ifadələr işlədib.
“Mənə zəng edib dedi ki, ananla danışmısan, mənim barədə nə danışmısan, mən də dedim ki nə danışmışan? Evə gələrsən görərsən, başladı gəncəliləri söyməyə, məni və qohumlarımı təhqir etməyə.”
Döş qəfəsi, çiyin, bel və əl nahiyələrindən çoxsaylı xəsarətlər almış qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadının vəziyyəti ağırdır.
Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində açılmış cinayət işi üzrə araşdırma aparılır.