Yevlax rayonunda qardaş amansız cinayət törədib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Rayon Prokurorluğundan bildiriblər.
Məlumata görə, dünən Məmməd Musayev polisə gələrək bacısı Elnarəni öldürdüyünü bildirib.
O, polisə ifadəsində deyib ki, Cəfər Cabbarlı küçə ev 7 mənzil 3-də cinayət törədib: “Bacımı öldürdüm. Ona bir neçə bıçaq zərbəsi vurdum”.
Polis əməkdaşları hadisə yerinə gedərkən həmin qadının qan içərisində meyitini aşkarlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.