Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər avqustun 12-də saat 19 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardım göstərilib.
Hazırda onların müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağırdır.
Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Naz Lifan" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.