Azərbaycanda nişanlı qız intihar edib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonun Məhəmmədi kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 9-ci sinif şagirdi 16 yaşlı Püstəxanım Quluzadə özünü asaraq intihar edib.
Abşeron Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Məlumata görə, iki il əvvəl nişanı olan qız bir aydır həyatdan bezdiyini deyirmiş.
İntiharın dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, P.Quluzadənin iki ay sonra toyu olacaqdı.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.