Azərbaycan Misirdə yaranmış vəziyyətlə əlaqədar diplomatların ailələri Bakıya göndərilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.
“Misirdə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan diplomatlarının ailələri Bakıya göndərilib. Diaspor üzvlərinə də deyilib ki, ölkəni tərk etsinlər. Artıq bəzi diaspor üzvləri gedib, bəziləri də getməyə hazırlaşır” – deyə, səfir vurğulayıb.
Səfirin sözlərinə görə, Azərbaycanın Qahirədəki səfirliyi hələlik adi rejimdə fəaliyyət göstərir:
“Burada iki diplomatımızın ailəsi vardı, onlar Azərbaycana göndərilib. Səfirlik isə hələlik fəaliyyətini adi rejimdə davam etdirir. İş rejiminizdə hansısa dəyişiklik yoxdur, hadisələrin gedişindən asılı olaraq, hansısa qərar verilə bilər”.