Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz kimi qeydiyyatda olan 15-29 yaşlı gənclərin sayı artıb.
Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.
Qeyd olunub ki, agentliyin yerli qurumlarında işsiz kimi qeydiyyatda olan 15-29 yaşlı gənclərin sayı 2024-cü ilin sonunda 54 535 olduğu halda 2015-ci ilin sonunda 60 262 nəfər olub. Bu isə 2025-ci ildə işsiz kimi qeydiyyata alınan gənclərin sayının əvvəlki illə müqayisədə 5 727 nəfər artması deməkdir.

Ümumilikdə 2025-ci ildə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumları tərəfindən işlə təmin edilən 15-29 yaşlı gənclərin sayı 72 599 nəfər olub. 2024-cü ildə isə bu rəqəm 55 063 nəfər təşkil edib. Beləliklə, ötən il bu göstərici əvvəlki illə müqayisədə 17 536 nəfər və ya təxminən 31,8 faiz artıb.
Statistikaya görə, 2024-cü ildə 7 716 nəfər, 2025-ci ildə 9 475 gənc peşə hazırlığına göndərilib.
Bununla yanaşı, 2025-ci ildə 699 gənc ictimai işlərə cəlb edilib. 2024-cü ildə isə ictimai işlərdə iştirak edən gənclərin sayı 1 140 nəfər təşkil edib.