Ötən ilin birinci yarım ili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilmiş insanların sayı isə 28 % artıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.
İclasda həmçinin bildirilib ki, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb.
S.B.
www.oxu.az