Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılov həbs edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılovun həbs edilməsi barədə xəbərləri təsdiqləyib.
Məlumata görə, A.İsmayılov barəsində iyun ayının 6-da həbs qətimkan tədbiri seçilib.
O, dələduzluqda ittiham olunur.
Qeyd edək ki, KİV-də A.İsmayılovun iki gün əvvəl həbs edilməsi barədə məlumat yayılıb.