Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda hərbi komissar həbs edildi: Yeni detallar
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Sadiq Əliyevin həbsi ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, S.Əliyev Mingəçevir şəhər bölməsinin, Qubada və Xocavəndə isə rayon bölmələrinin rəisi olub. Onun məhz Mingəçevirdə rəis işlədiyi dövrdə cinayət əməlləri törətməsinə əsaslı şübhələr olduğuna görə ittiham edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Sadiq Əliyev həbs edilib.
Bu barədə Oxu.Az-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Həsən oğlu Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.
Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)" teqi üzrə xəbərlər
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
- Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilib
- "Həqiqi hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil" - RƏSMİ
- Deputat bir sıra şəxslərin müvafiq vəsait qarşılığında hərbi xidmətdən azad olunmasını təklif edib
- Baş idarə rəisi: "Hərbi xidmət müddətinin azaldılmasına hələ hazır deyilik"