Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə ediləcək.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Heyvanlar aləmi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, digər normativ hüquqi aktların tələblərinə əməl etmək şərti ilə minatəmizləmə fəaliyyətində heyvanlardan partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun olaraq istifadə edilməsi həyata keçirilə biləcək.
Məlik Məlikov