Bu gün Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet səhifələrinə girişdə fasilələr müşahidə olunub.
Belə ki, müəyyən zaman aralığında (təxminən 10 dəqiqə ərzində) sözügedən resurslara daxil olmaq mümkün olmayıb. Daha sonra giriş qismən bərpa olunsa da, analoji problem təkrar qeydə alınıb.
Məsələ ilə bağlı müraciət etdiyimiz "AZCON Holding" şirkətlərindən olan "Aztelekom" MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, şəbəkənin internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və ya kəsinti müşahidə olunmur.
Azərbaycanda bir sıra dövlət strukturları və nazirliklərin rəsmi internet saytlarında problem yaranıb.
Oxu.Az-ın məlumatına görə, hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin rəsmi saytlarına giriş mümkün deyil.
Problemin texniki nasazlıq, kiberhücum və ya digər səbəblərlə bağlı olub-olmadığı hələlik açıqlanmayıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Qeyd edək ki, günlər öncə də analoji problem baş vermişdi.