Azərbaycanda ailələr arasında öz qız övladlarına Dursun, Zabutə, Semnarə, Subutə, Sudanə, Röyanə, Maret, Səmilə, Meyvə, Siya, hətta Kərəm kimi adlar verənlər var.
Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən doğulan körpələrə verilən adlar arasında bu cür adlar da qeydə alınıb.
Məsələn, son beş ildə iki qız uşağına Semnarə adı verilib. Eləcə də oğlanlara qoyulan adlar arasında Qeysərfərrux, Ramzey, Rovin, Rübab və s. bu kimi adlar var.