MDB ölkələri üçün təhlükələr azalmır, əksinə, köhnə problemlər dərinləşir, ənənəvi problemlərə yeniləri də əlavə olunur.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidenti Vladimir Putin bəyan edib.
“MDB ölkələrinə təhdidlər azalmır. Əksinə, problemlər daha da dərinləşir, köhnələrə yenilər əlavə olunur”, - bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri ilə görüşündə deyib.
“Əfqanıstanda və Yaxın Şərqdə vəziyyətin necə olduğunu başa düşürük”,- deyə Rusiya prezidenti qeyd edib.