Azərbaycanda qarşılıqlı anlaşma məsələsini rus dilinin köməyi ilə həll edirlər. Onu bilmədən respublikada işə düzəlmək demək olar ki, qeyri-mümkündür.
Kimlərdən Puşkinin dilini bilməsinin tələb olunduğu barədə Rusiyanın “MİR 24” telekanalının müxbiri Rüstəm Məmmədov danışacaq, Oxu.Az xəbər verir.
Gənc insan Fərid Ağayev ixtisasca iqtisadçıdır, lakin bankda iş tapa bilmir, çünki rus dilini bilmir, o, yalnız Azərbaycan və ingilis dilini öyrənib. Rus dili Fəriddə sıfır səviyyəsindədir, onu bilmədən isə işə götürmürlər və buna görə də, gənc kurslara yazılıb.
Rus dilini bilməyə tələbat yüksəkdir, ona görə də, məktəblərdə bu dili aşağı siniflərdən keçirlər. Ölkədə 300-dən çox təhsil müəssisəsində rus bölmələri var. Daha 15 məktəbdə dərslər yalnız rus dilində keçirilir. Əksər valideynlər uşaqlarını əlavə məşğələlərə yazdırırlar.
Son illər gənclərdə rus dilinin öyrənilməsinə maraq daha da artıb, müəllimlər əmindirlər. Əgər 5 il əvvəl Rita Mironovanın həftədə 4 dərsi var idisə, bu gün o, rus dili və ədəbiyyatından hər gün dərs keçir.
“İndi uşaqların sayı çoxalıb. Onlar rus dilini böyük məmnunluqla öyrənirlər. Öz aralarında rus dilində danışır, rus yazıçıları və Azərbaycan klassiklərinin kitablarını rus dilində oxuyurlar” – deyə, Mironova deyir.
Bu gün yalnız məktəblərdə 80 mindən çox şagird rus dilini öyrənir. Bu dildən ölkənin bütün ali məktəblərində dərs keçirlər, çünki gələcəkdə iş axtararkən problemlərlə qarşılaşmamaq üçün onu uşaqlıqdan öyrənmək lazımdır.