Şou-biznesdə yeni qalmaqal baş verib, bu səfər Röya və Tolik qırğın edirlər.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Röya “Onlar” verilişində prodüserə onun haqqında danışmağa qadağa qoyub:
“Unutmasınlar ki, hamı üz-üzə gəlir. Ona görə də demək istəyirəm ki, sussunlar. İstəyir, müğənni olsun, istəyir işçi olsun, istəyir yerindən duran olsun, lap elə Tolik olsun hansı ki süd vermişəm... Məni görəndə deyirlər ki, sənə qurban olum, mənim hər şeyimsən, salam sağ ol. Iki gün sonra radioya zəng vurub ağzına gələni danışır. Bu kimi insanlar mənim adımı çəkməsinlər. Mən nəyisə pis-yaxşı edirəmsə, bunu düzgün müzakirə etməliyik acığa olmaz. Mən əziyyət çəkən xanımam kimsə mənə maya buraxmayıb, təzə başlayanda fonoqram konsertlər verməmişəm. 45 minə maşın alıb 90 min qiymətini deyirlər”.
Röyanın son açıqlaması və xüsusilə keşmiş prodüseri Tolikə qadağa qoyması cavabsız qalmayıb.
Prodüser Tolik show.az-a açıqlamasında əslində onun Röyadan şikayət etməyə haqqının olduğunu söyləyib.
“Bir müğənni ki, səkkizinci sinifi bitirib, heç doqquz da olmayıb, onun nə savadı olacaq? Röya deyir adımı çəksə şikayət edəcəm. Bəyəm belə qanun var? Röya kimidi ki? Allahın əmisi qızıdı? O həddə çatdırmasın ki, ağzımı açım” Avtomobilinin qiymətini dəqiqliklə söyləyən prodüser banka borcu olduğunu da bildirib. Maşınıma qaldıqda isə, öz 48 minlik maşınımı vermişəm, 42 min də bankdan götürmüşəm. Bəyəm 2010-cu ilin Panamerası 45 minə olur?”
Röyanın “ona süd vermişəm” deməsinə özünəməxsus münasibət bildirən Tolik anasını təhqir etdiyi üçün əslində Röyanın üzr istəməli olduğunu söyləyib.
“Röyanı məhkəməyə verərəm, işlətdiyi ifadəyə görə gələr anamdan üzr istəyər . Röya da İlhamənin tayıdı. Gərək 5 ay bundan qabaq ondan şikayət edərdim, özü bilir nəyə görə, lakin yazığım gəldi”.