Bazarlarda alıcılara 11-12 manata dondurulmuş quzu əti təklif olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) videomaterialında deyilir:
Satıcılar bildirirlər ki, bu ət Monqolustandan gəlir. Alıcıların bəziləri bu əti alsalar da, digərləri yerli məhsullara üstünlük verirlər.
Azərbaycanda ucuz qiymətə idxal ət satılır? - VİDEO
Qida üzrə ekspert Seymur Qafarov qeyd edir ki, dondurulmuş əti keyfiyyətsiz hesab etmək düzgün deyil:
"Bu tip ətlər sadəcə zaman olaraq daha uzun müddət saxlanılmaq üçün nəzərdə tutulur".
Qaynar xətt:
(055) 224 12 12