Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda xəstəliyin erkən təsbit edilməsi və müalicə prosesi yaxşı vəziyyətdədir - RƏSMİ
“Bu, üçüncü dünya müharibəsi kimi xarakterizə olunan xəstəlikdir”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu gün bütün ölkələrdə vəziyyət çətindir:
“İstər iqtisadi, istər sosial cəhətdən çox çətin vəziyyət yaşanır. Bəzən digər dövlətləri misal çəkirlər. Qərb ölkələrindən birində bizim diplomatik əməkdaşımıza tibbi xidmət göstərilməsi məsələsində ciddi problem yaranmışdı. Bizim tərəfimizdən rəsmi qaydada nota göndərildikdən sonra ona tibbi xidmət göstərildi.
Ümumilikdə hər şey müqayisədə gözəldir. Amma Azərbaycanda test, xəstəliyin erkən təsbit edilməsi və müalicə prosesi kifayət qədər yaxşı vəziyyətdədir. Azərbaycan səhiyyəsinin zəhmətini, fədakar həkimlərimizin zəhmətini də itirmək olmaz”.
Könül Cəfərli
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
- Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb
Rəylər