“Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir”.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.
O bildirib ki, həbsxanalar müxtəlif bölgələrdə - Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikilir ki, vətəndaşlar çox əziyyət çəkməsinlər.
Həbsxanada baş verən ölüm halları ilə bağlı suala rəis müavini belə cavab verib: “Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.
H.Əlixanov onu da bildirib ki, hazırda məhbusların 3-də biri işlə təmin olunub və təxminən 5 min dustaq həbsxanalarda işləyir.
E.Ə.
www.oxu.az