Qəbələnin Laza kəndində yaşayan xalçaçı Dağlar Səfərova “Şeyx” adı verilib.
Oxu.Az xəbər verir ki, bu barədə lent.az məlumat yayıb.
D.Səfərovun Oman sultanının portreti olan xalçanı bu ölkəyə göndərməsi ilə bağlı qarşı tərəf məktub göndərib. Məktubu Omanın Divan Nazirliyinin ofis rəisi imzalayıb və dəyərli hədiyyəyə görə D.Səfərova “şeyx” adı verildiyi və onun bundan sonra Şeyx Dağlar kimi çağırılacağını qeyd edib.
A.M.