İnterpol daha bir Azərbaycan vətəndaşını axtarışa verib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, 1986-cı ildə Tacikistanda anadan olan Edqar Nəsirov Rusiya məhkəmə orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilib. R.Nəsirov istintaqdan yayındığı üçün Rusiya məhkəməsi onun haqqında həbs-qətimkan tədbiri seçib və barəsində axtarış elan edib.
Həmin məhkəmənin qərarı əsasında İnterpol R.Nəsirovu beynəlxalq axtarışa verib.

A.M.